YÖS nədir?


YÖS (Yabancı Öyrenci Sınavı)-bu imtahan Türkiyə vətəndaşlığı olmayan,Türkiyədə yaşamayan xarici tələbələr üçün Universitetlərə qəbul imtahanıdır.YÖS imtahanı Türkiyədə yalnız bakalavr təhsili üçün nəzərdə tutulub.2010-cu ilə qədər ÖSYM  (Ölçme,Seçme ve Yerleştirme Merkezi) tərəfindən keçirilirdi,lakin 2011-ci ildə verilən qərara görə artıq hər universitet öz imtahanını keçirməlidir.İmtahan keçirməyən bəzi universitetlər isə digər prestijli universitetlərin YÖS imtahan nəticələrini qəbul edir.YÖS imtahan balı ilə siz Türkiyənin həm özəl,həm də dövlət olmaqla 150-dən çox universitetinə asanlıqla qəbul ola bilərsiniz.Hər universitet üçün YÖS imtahanı tarixləri fərqlidir.

YÖS imtahanı 2 hissədən ibarətdir : 1. Məntiq və Riyaziyyat  2. Türk dili Məntiq və Riyaziyyat bölməsində; 45 sual məntiq, 35 sual riyaziyyatdan olmaqla ümumilikdə 80 sualdan ibarətdir. İmtahanın müddəti 90 dəqiqə ilə 120 dəqiqə arasında dəyişir. Məntiq sualları ümumiyyətlə namizədin ədədi əlaqələri və mücərrəd düşünmə bacarıqlarını, dərk etmə qabiliyyətini ölçən suallardan ibarətdir.

Təhsil türk dilində olduğu üçün tələbələrin türk dili biliyi də yoxlanılır. Bu imtahanın vaxtı isə 60 dəqiqədir. YÖS imtahanında maksimum bal 100-dür. Əgər siz tibb təhsili istisna olmaqla 60+ bal yığsanız Türkiyənin orta səviyyəli universitetlərinə güzəştlə qəbul oluna bilərsiniz. 

YÖS – ə kimlər müracət edə bilər?

Türkiyə universitetlərində təhsil almaq istəyən məktəbin 11-ci sinif şagirdləri və 11-ci sinifdən məzun olan şagirdlər YÖS imtahanında iştirak edə bilərlər. YÖS imtahanında həmçinin xaricdə yaşayan türk vətəndaşları da iştirak edə bilərlər.  Ayrıca, xarici tələbələr YÖS imtahanına girmək üçün müəyyən YÖS şərtlərini yerinə yetirməlidilər. YÖS qəbul edən universitetlər yerləri özləri elan edirlər. YÖS imtahanı ilə xarici tələbələr Türkiyədə Tibb, Mühəndislik, Beynəlxalq Əlaqələr,Turizm,Dövlət idarəetməsi,Maliyyə,Memarlıq, Hüquq, Əczaçılıq, Psixologiya, Müəllimlik və s bölmələrə daxil ola bilərlər.

YÖS imtahanı hər bir universitetin özünə verilir. İmtahan Azərbaycanda da təşkil olunur.  YÖS mərkəzi imtahan deyil. 2011-ci ildən etibarən, YÖS imtahanı müvafiq Türk universitetləri tərəfindən öz adları ilə aparılır. Məsələn : İÜYÖS, MUYÖS, EGEYÖS, AÜYÖS, AYÖS, OMÜYÖS. 

YÖS imtahanı ilə Türkiyədə Dövlət və Vakıf universitetlərinin hər bölməsində təhsil ala bilərsiniz. Amma bəzi universitetlərin Güzel sanatlar və Musiqi sahəsində təhsil almaq üçün xüsusi istedad imtahanı verməlisiniz. Digər sahə isə Hərbi və Polis akademiyası aiddir. Bu bölmələrə daxil olmaq üçün xüsusi şərtlər tələb olunur.  İlk YÖS imtahanı 1981 ci – ildə olmuşdur. İldə təxminən 50 000 tələbə bu imtahanı verir. YÖS imtahanı bu günə kimi təxminən 130 000 tələbənin Türkiyədə təhsil almağını təmin etmişdir. 

YÖS – ə müraciət nə vaxt olur?  YÖS imtahanına müraciətlər adətən Fevral- İyun ayları arasında olur. Bu aylar arasında universitetlər müraciət tarixlərini, imtahan vaxtlarını, qəbul yerlərini açıqlayırlar.

 

YÖS imtahanının nəticələri – Universitetlərin Yekun qəbulu /Qeydiyyat nəticələri  YÖS imtahanlarından sonra təxminən 3 həftə ilə 6 həftə arasında elan olunur. Adətən nəticələr online olaraq elan olunur.

 

Bəzi universitetlərdə isə qəbul edilən tələbələrin siyahısı universitetlərin web səhifəsində qeyd olunur.  İmtahanlara müraciət üçün heç bir məhdudiyyət yoxdur. Yaşından və milliyətindən asılı olmayaraq hər bir tələbə imtahan verə bilər. Bundan əlavə, müxtəlif universitetlərin imtahanlarına dəfələrlə qatılmaq üçün heç bir məhdudiyyət yoxdur və tələbələr istədikləri qədər imtahan verə bilərlər.

 

YÖS-ə müraciət üçün təqdim olunan universitetlərin siyahısı  isə hər il dəyişir. Lakin bəzi universitetlər  var ki, onlar daimi olaraq YÖS imtahanını həyata keçirir. Bu universitetlər əsasən,  İstanbul, Cerrahpaşa, Marmara, Galatasaray, Yıldız Teknik, Ankara, Başkent, Ege, Dokuz Eylül, Anadolu, On Dokuz Mayıs, Akdeniz, Karadeniz Teknik, Trabzon, Selçuk, Çukurova, Uludağ, Mersin, Erciyes, Atatürk, Yüzüncü Yıl, Cumhuriyet, Celal Bayar, Dumlupınar, Süleyman Demirel, Pamukkale, Uşak, Muğla, Alanya, İnönü, Gaziantep, Kocaeli, Karabük, Sakarya, Düzce, Kastamonu, Giresun  universitetlər daxildir.

arrow_upward