ALES nədir?


ALES( Akedemik Lisansüstü Eğitimi Girişim Sınavı)-dır. Əgər Türkiyədə magistr təhsili almaq, doktorantura səviyyəsinə qəbul olmaq və akademik fəaliyyətlə məşğul olmaq (universitetdə müəllim, tədqiqat köməkçisi olmaq və s.) istəyirsinizsə sizdən ALES imtahan nəticəsi tələb olunur. İldə əsasən 3 dəfə ÖSYM tərəfindən təşkil olunur və siz istədiyiniz qədər imtahanda iştirak edə bilirsiniz. İmtahanların nə vaxt keçirələcəyi barədə məlumatı universitetlərin saytından əldə edə bilərsiniz. Bu imtahanda toplaya biləcəyiniz maksimum bal 100-dür. İmtahan nəticəsinin etibarlılıq müddəti 5 il davam edir.Türkiyədə magistr təhsili tezli və tezsiz olaraq ayrılır. Əgər siz tezsiz olaraq magistr təhsili almaq istəyirsinizsə ALES tələb olunmur. Tezli magistr təhsilində isə ALES və digər dil bilikləri olan imtahan nəticəsi tələb olunur. Bəzi universitetlər isə tələbələrdən qəbul prosesi üçün ALES imtahan sertifikatı tələb etmir. Bu sizin qəbul olunmaq istədiyiniz universitetlərin qəbul şərtlərindən asılı olaraq dəyişir. Doktorantura səviyyəsinə qəbul zamanı isə ixtisas seçimindən asılı olaraq bəzi universitetlər tərəfindən tələb olunur və magistr səviyyəsindən isə daha yüksək imtahan nəticə tələb olunur. Universitetdən asılı olaraq tələb olunan nəticə dəyişsədə, doktorantura səviyyəsi üçün ALES nəticəniz 80-dən yuxarı , magistr səviyyəsi üçün isə balınız 70dən yüksək olmalıdır ki, seçim prosesində iştirak edə biləsiniz və yaxşı universitetdə təhsil alasınız.

İmtahan 2 hissədən ibarətdir: sayısal və sözel. Sayısal-1 ,Sayısal- 2 , Sözel-1 ve Sözel-2 olmaqla da hissələrə ayrılır və hər birində 40 sual testi olmaqla ümumilikdə 160 test vardır. Test sualları isə həm texniki, həmdə humanitar sahəyə aiddir. Siz öz ixtisasınıza uyğun olacaq imtahan kriteriyalarınıda müəyyən etməlisiniz. Belə ki , bunun üçün 3 əsas hissə vardır:

 Eşit, Ağırlık, Puan Türü

Əgər sizin qəbul olmaq istədiyiniz ixtisas bu kriteriyaya aiddirsə siz imtahanda Sayısal 1, Sayısal-2 ve Sözel-1 dən ümumilikdə 120 bal toplamalısınız. Sözel-2 nəticəniz isə rol oynamır.

Sözel Puan Türü

Bu kriteriyaya cavab verən ixtisasa qəbul olunmaq istəyirsiniz isə Sayısal 1, Sözəl 1 və Sözəl 2dən ümumilikdə 120 bal tolasanız kifayətdir. Sayısal 2 nəticəsi isə nəzərə alınmır.

Sayısal Puan Türü

Əgər sizin qəbul olmaq istədiyiniz ixtisas bu kriteriryaya cavab verirsə Sayısal 1, Sayısal 2 ve Sözel 1dən 120 bal toplamamalısınız. Sözel 2 nətinəniz burada rol oynamır.

arrow_upward